İsrail 3 jurnalisti qətlə yetirib

23:10 10 Yanvar 2024

İsrail ordusu Qəzzada daha 3 jurnalistqətlə yetirib. Bununla da 7 oktyabrda başlayan hücumlarda həyatını itirən mətbuat mənsublarının sayı 115-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, Əhməd Bədr, Şərif Ukaşe və qadın jurnalist Hibe əl-Abadilənin İsrailin bugünkü hücumunda həyatını itirdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti