Əfqanıstanda 6,4 bal gücündə zəlzələ baş verib

14:29 11 Yanvar 2024

Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyalətində 6,4 bal gücündə zəlzələ baş verib.
Sitat.info xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 13.52-də baş verən 6,4 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Jurm rayonu olduğunu açıqlayıb.

Zəlzələnin yerin 206 kilometr dərinliyində baş verdiyi açıqlanıb.

Zəlzələ paytaxt Kabildə, Əfqanıstanın şimal əyalətlərində və qonşu ölkələr Özbəkistan, Tacikistan və Pakistanda hiss olunsa da, Taliban administrasiyası hələ də dəyən ziyanla bağlı açıqlama verməyib.

Əfqanıstanın şimal-şərqində Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.

Ötən ilin oktyabrında Əfqanıstanın şimal-qərbindəki Herat vilayətində baş verən 5-6,5 bal gücündə zəlzələlər nəticəsində 2500 nəfərin həyatını itirdiyi açıqlanıb.

Digər tərəfdən, 2022-ci ilin iyun ayında Əfqanıstanın Pakistan sərhədindəki Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1200 nəfər həyatını itirmişdi.

Ayna,

Sitat.info



Xəbər xətti