Zelenski: Döyüş meydanında fasilə Rusiyanın xeyrinə olacaq

14:51 11 Yanvar 2024

İndi Rusiya Federasiyası silah çatışmazlığı problemi ilə üzləşib, ona görə də sərf edilmiş ehtiyatları bərpa etməsinə icazə verilməməlidir. Döyüş meydanında heç bir fasilə ola bilməz. Çünki bu, Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirməsində fayda verəcək.

Sitat.info xəbər verir ki, Zelenski bunu Tallində Estoniya Respublikasının Prezidenti Alar Karis ilə birgə mətbuat konfransında deyib.

 Zelenskiyə müharibədə fasilənin Ukraynaya fayda verə biləcəyi sualı verilib.

"Ukrayna ərazisində döyüş meydanında fasilə vermək, müharibədə fasilə deyil. Bu, müharibənin sonu demək deyil. Bu, Rusiya Federasiyası ilə siyasi dialoqa gətirib çıxarmır. Fasilə yalnız Rusiya Federasiyasına kömək edəcək”, - deyə Zelenski vurğulayıb.

"Biz Rusiya silahlarının həcmini - bu gün nə qədər istehsal etdiklərini başa düşürük. Onların gündə nə qədər pilotsuz təyyarə və artilleriya istehsal etdiyini bilirik. Biz onlarda nəyin çatışmadığını, pilotsuz təyyarələrdə və artilleriyada böyük çatışmazlıq olduğunu görürük. Böyük bir kəsir var", - Zelenski qeyd edib.

Ukrayna prezidenti əlavə edib ki, Rusiya İrandan “Şahed” tipli pilotsuz təyyarələrin böyük alışını həyata keçirir. "Onlar raketlərlə bağlı da danışırlar. Hələlik razılığa gəlməyiblər", - Zelenski qeyd edib.

Bundan əlavə, Zelenski əlavə edib ki, ruslar artıq Şimali Koreyadan bir milyondan çox artilleriya mərmisi alıblar. “Biz bəzi raketlərin nümunəsini də gördük.

Rusların öz silah növlərini istehsal etməyə vaxtı yoxdur və onların anbarları Ukraynaya genişmiqyaslı işğalın başlamasından sonra boş olub. İndi  fasilə vermək, sadəcə dondurulmuş münaqişə deyil. Sadəcə, onlara kömək edəcək pauzadır. Onların vaxtları yoxdur", - dövlət başçısı qeyd edib.

Zelenski etiraf edib ki, dünyanın da Ukraynanın anbarlarını doldurmağa vaxtı yoxdur. "Amma buna baxmayaraq, dünya bu gün Ukraynaya kömək edir, amma Rusiyanın bir kəsiri var. Və biz bu kəsirin onların döyüş meydanındakı sabitliyinə necə təsir etdiyini görürük. Pauza verib, risk edib,  Rusiya Federasiyasına iki-üç il vaxt verim? Onda? Biz bu riskə getməzdik. Və Allaha şükürlər olsun ki, bütün bunlar Ukraynada həll olunur. Ona görə də Rusiyanın xeyrinə heç bir fasilə olmayacaq”.

Nərgiz,

Sitat.info



Xəbər xətti