Fələstin Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) soyqırımla bağlı mühakimə olunması tarixi hadisədir və Fələstin xalqı dinləməni səbirsizliklə gözləyir.
Sitat.info xəbər verir ki, Fələstin Xarici İşlər Nazirliyi, Cənubi Afrikanın İsrailin soyqırım cinayətinə görə BƏM-də mühakimə olunmasına dair müraciəti nəticəsində bu gün başlayan dinləmə ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda deyilir ki, bəzi ölkələrin İsrailə “siyasi, hərbi və veto hüququ” və beynəlxalq səviyyədə “səriştəsizliyi” ilə dəstək verməsi bu ölkəni cinayət törətməyə və soyqırım törətməyə sövq edir.
Kənan
Sitat.info