İsrail əsgərləri İordan çayının qərb sahilində daha bir fələstinlini öldürüb

17:35 11 Yanvar 2024

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində Cenin şəhəri yaxınlığında mühasirəyə aldıqları evi atəşə tutması nəticəsində bir fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın xəbərində: “Cenin şəhəri yaxınlığındakı Caba qəsəbəsində bir fələstinli İsrail əsgərlərinin gülləsi ilə şəhid olub”, - ifadələri işlədilib.

Xəbərdə İsrail əsgərləri tərəfindən öldürülən fələstinlinin 37 yaşlı Mecdi Avni Feşafişe olduğu qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti