Rusiya BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi

09:15 12 Yanvar 2024

ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu ilə əlaqədar Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.

Sitat.info-nun məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Birləşmiş Ştatların və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələrlə əlaqədar yanvarın 12-də BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib”, - məlumatda bildirilir.

Xatırladaq ki, yanvarın 11-də BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni qəbul edib. Sənəddə ərazidə gəmilərə hücumların dərhal dayandırılması tələbi yer alır.



Xəbər xətti