Sabunçuda qamışlıq ərazi yanıb

09:30 12 Yanvar 2024

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Sitat.info-ya bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 800 kvadratmetr sahədə kol-kos və qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub.



Xəbər xətti