ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunda Husilərdən də ölənlər var

15:04 12 Yanvar 2024

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ və İngiltərənin həyata keçirdiyi hücumlarda 5 üzvünün öldürüldüyünü açıqlayıb.

Sitat.info xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Seri televiziya kanalına açıqlamasında bölgədəki hadisələrlə bağlı məlumat verib.

Seri, ABŞ və Böyük Britaniyanın İsrailin Qəzzada cinayətlərinin davam etdirilməsinə verdiyi dəstək kontekstində, Yəmənə qarşı 73 hücum təşkil etdiyini bildirib.

Hücumlarda paytaxt Səna, Hudeydə, Taiz, Həccə və Səda vilayətlərinin hədəf alındığını bildirən Seri, hücumlar nəticəsində husilərdən 5 nəfərin öldüyünü, 6 nəfərin isə yaralandığını qeyd edib.

Qeyd edək ki, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri gecə saatlarında Yəmənin Səna, Hudeydə və Taiz şəhərlərinin bəzi nöqtələrinə hava zərbələri endirib.

Nərgiz,

Sitat.info

 

 



Xəbər xətti