İsrailin Qəzzaya edilən hücumlarda BMT-nin Soyqırım Konvensiyasını pozduğu səbəbiylə Beynəlxalq Ədalət Məhkəməsində açılan iddianın ikinci və son günü başlayıb.
Sitat.info xəbər verir ki, İctimai dinləmə Hollandiyanın Haaqa şəhərində tərəflərin iştirak etdiyi məhkəmə zalında canlı yayımlanır.
Dünən keçirilən dinləmənin ilk günündə Cənubi Afrikanın İsrailə qarşı soyqırım ittihamı və hücumların dayandırılması üçün ehtiyat tədbirləri tələbləri dinlənilib, bugünkü iclasda isə İsrail nümayəndə heyəti öz mövqelərini müdafiə edir.
Seymur Bənnayev
Sitat.info