Ermənistan Baş naziri Nikol Paşinyan bu gün onun təqdimatı ilə vəzifədən azad edilən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsinə qaytarıb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Paşinyan sərəncam imzalayıb.
Qeyd edək ki, Ermənistan parlamenti baş nazirin səlahiyyətlərini genişləndirib. Bu genişləndirmə ilə MTX direktorunun təyinatı da Ermənistan baş nazirinə keçib.
Bundan öncə isə baş nazirin təqdimatı ilə MTX rəhbəri prezidentin sərəncamı ilə təyin edilirdi.
Paşinyan yeni səlahiyyətinə uyğun olaraq, Prezident Xaçatryanın Abovyanı vəzifədən azad etməsi üçün təqdimat hazırlayıb, daha sonra isə öz sərəncamı ilə onu vəzifəyə təyin edib.