Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yandı

16:00 12 Yanvar 2024

Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb.

 Sitat.info Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerində Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub.

Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti