Əfqanıstanın paytaxtı Kabildə şiə həzaraların sıx məskunlaşdığı Dəşt-ı Bərçi bölgəsindəki ticarət mərkəzinə əl qumbarası ilə edilən hücumda 2 nəfər həyatını itirib, 12 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran partlayışla bağlı mətbuata açıqlama verib.
Zadran bildirib ki, Dəşt-i Bərçi bölgəsindəki ticarət mərkəzində əl qumbarası ilə hücum olub.
Hücumda ən az 2 nəfərin həyatını itirdiyini qeyd edən Zadran, 12 nəfərin yaralandığını bildirib.
Seymur Bənnayev
Sitat.info