“Marqara” məntəqəsində bərpa işləri başa çatdı

17:00 12 Yanvar 2024

Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsində tikinti və bərpa işləri başa çatdırılıb.

Sitat.info xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan deyib.

“Gömrük-texniki imkanlar, pasport nəzarəti, eləcə də sərhəd xidməti nöqteyi-nəzərindən sərnişinlərə lazımi şəkildə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, - o bildirib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildən, İrəvanın Qarabağa təcavüzündən sonra bağlanıb.

//Axar.az



Xəbər xətti