Nadir Əl-Nakla: Qəzzada olan ailə üzvlərimiz Türkiyənin köməyi ilə xilas edildi

22:40 12 Yanvar 2024

Şotlandiyanın Regional Baş naziri Həmzə Yusifin həyat yoldaşı Nadia Əl-Nakla Qəzzada olan qardaşının həyat yoldaşı və uşaqlarının Türkiyə tərəfindən bölgədən çıxarılaraq müvəqqəti qoruma statusu ilə Türkiyəyə gətirildiyini bildirib.

Sitat.info xəbər verir ki, “The Guardian” qəzetinə müsahibə verən Baş nazir Yusifin həyat yoldaşı Nadia Əl-Nakla hökumətdən qardaşının həyat yoldaşı və uşaqlarını Qəzzadan İngiltərəyə gətirmək üçün ukraynalılara tətbiq etdiyi vizaya bənzər vizanı tətbiq etməyi xahiş edib.

Ukraynalılara tətbiq edilən viza proqramı sayəsində bir çox insanın müharibədən xilas olduğunu bildirən Əl-Nakla deyib:  "Xüsusilə İngiltərədə ailə üzvləri olan qəzzalılar da eyni haqqa sahib olmalıdırlar".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti