BMT Qırmızı dənizdə gərginliyi artıracaq addımlardan çəkinmək üçün çağırış edib

22:42 12 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qırmızı dənizdə gəmilərini qoruyan ölkələri beynəlxalq hüquqa riayət etməyə çağırıb və bütün tərəfləri vəziyyəti daha da pisləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

Sitat.info xəbər verir ki, Qırmızı dənizdəki hadisələrlə bağlı BMT sözçüsündən yazılı açıqlama verilib.

Açıqlamada, dünən ABŞ və Böyük Britaniyanın digər ölkələrin dəstəyi ilə Yəmənə qarşı hava hücumu təşkil etdiyi vurğulanıb və Quterreşin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qırmızı dənizlə bağlı 2722 saylı qətnaməyə tam əməl olunmasının vacibliyini vurğuladığı bildirilib.

Kənan

Sitat.info



Xəbər xətti