Suriyanın Deyr əz-Zor əyalətində İranın dəstəklədiyi qruplar ABŞ ordusunun yerləşdiyi bazaya raketlərlə hücum edib.
Sitat.info xəbər verir ki, yerli mənbələrdən əldə edilən məlumata görə, günorta saatlarında Deyr əz-Zorda Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar ABŞ qüvvələrinin yerləşdiyi Koniko Qaz Təsislərindəki bazaya raketlərlə hücum edib.
ABŞ qüvvələrinin hava hücumundan müdafiə sistemləri raketlərdən birini hədəfinə çatmamış havada məhv edib, biri isə baza ətrafındakı mülki yaşayış məntəqəsinə düşüb.
Raketin mülki yaşayış məntəqəsinə düşməsi nəticəsində insan tələfatı qeydə alınmayıb.
ABŞ hələlik hücumla bağlı açıqlama verməyib.
ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze İHA-larla hədəfə alınır.
Məğrur,
Sitat.info