Qəzzadan daha 85 xəstə Türkiyəyə gətirilib

23:13 12 Yanvar 2024

Türkiyə Qəzzalılara yardım əlini uzatmağa davam edir. Qəzzadan 85 xəstə və yaralı denən axşam saatlarında Misirdən Türkiyəyə gətirilib.

Sitat.info xəbər verir ki, Türkiyə Fələstində qətliam edilən dinc əhalinin ümidinə çevrildi.

Türkiyə Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında 7-ci təxliyə ekspedisiyasını açıqlayıb.

Fahrettin Koca dünən axşam Qəzzadan 85 xəstə və yaralının Misirdən Türkiyəyə gətiriləcəyini açıqlayıb.

106 nəfərlik müşayiət qrupu ilə xəstələr Türkiyədə müalicə olunacaqlar.

Təxliyə əməliyyatlarının davam edəcəyi gözlənilir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti