ABŞ Yəmənin paytaxtı Sənaya zərbələr endirib.
Sitat.info xəbər verir ki, bu barədə ərəb telekanalları və Qərb mətbuatı məlumat yayıb.
Məlumata görə qırıcılar husilərin istifadə etdiyi radar qurğularını hədəfə alıb. ABŞ hərbçilərinin hücumu ötən gecə ilə müqayisədə xeyli kiçik olub.
Zərbələr paytaxt yaxınlığındakı Əl-Dailami aviabazasına endirilib. Hudeyda liman şəhəri yaxınlığında da hücumların olduğu bildirilir.
Səna və Hudeydə şəhərlərinin bir neçə bölgəsində güclü partlayış səsləri eşidilib, sahil radarları və müşahidə məntəqələrinə zərbələr endirilib.
ABŞ Mərkəzi Komandanlığı məlumatı təsdiq edib. Bildirilir ki, Amerika qoşunları yerli vaxtla 3:45-də Yəməndə husilərin radar stansiyasına hücum edib. Zərbə “USS Carney” təyyarədaşıyan gəmisində yerləşdirilən “Tomahawk” raketlərindən istifadə etməklə həyata keçirilib.
Qeyd edilib ki, radarlara zərbələr husilərin Qırmızı dənizdə gəmiçiliyə hücum etmək qabiliyyətini pozmaq üçün lazımdır.