Avtobus sürücüsü sükanda canlı yayım açdı - VİDEO

13:45 13 Yanvar 2024

Sumqayıtda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında Tiktokda canlı yayım açıb.

Sitat.info xəbər verir ki, hadisə 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb.

Sözügedən videonu təqdim edirik:

 



Xəbər xətti