Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
Sitat.info xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Hələlik raketin və onun uçuşunun detalları barədə məlumat yoxdur. Bununla belə, Cənubi Koreyanın müdafiə naziri Şin Von-Şik ötən həftə “Yonhap” agentliyinə müsahibəsində KXDR-in yaxın günlərdə bərk yanacaqla işləyən ortamənzilli ballistik raket sınağı keçirə, ayın sonunda isə uzaqmənzilli raket buraxa biləcəyini açıqlamışdı.
Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə ötən il dekabrın 18-də Yapon dənizi istiqamətində bərk yanacaqla işləyən “Hvasong-18” qitələrarası ballistik raketini buraxmışdı.