İsrail HƏMAS-ın öldürülən liderinin bacılarını saxladı

11:30 14 Yanvar 2024

İsrail hərbçiləri bir müddət öncə öldürülən HƏMAS-ın yüksək rütbəli lideri Saleh əl-Arurinin bacılarını saxlayıb.

Sitat.info xəbər verir ki, bu barədə VAFA agentliyi məlumat yayıb.

Məlumata görə, Dəlyal və Fatimə əl-Aruri bacıları bu gün səhər İordan çayının Qərb sahilində aparılan reydlər zamanı saxlanılıb.

Qeyd edək ki, HƏMAS-ın Beyrutdakı ofisinə İsrail PUA-larının hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 7 nəfər öldürülmüşdü.



Xəbər xətti