Delimitasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq, dəqiq tarix və yer dəqiqləşdirilir.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan deyib.
“İlkin razılaşmalara əsasən, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsinə baxılacaq, burada birgə iş zamanı istifadə olunacaq sənəd növləri və hüquqi əhəmiyyət kəsb edən hüquqi aktlar, müvafiq hüquqi əsaslarla tərtib edilən və səlahiyyətli orqanlar tərəfindən verilən SSRİ-nin son topoqrafik xəritələri və digər oxşar məsələlər müəyyən edilməlidir”, - Qriqoryan bildirib.