Kreml: Ukraynanın sülh planı üzrə danışıqlar Rusiyasız nəticə verə bilməz

15:48 15 Yanvar 2024

Kremlin sözçüsü Dmitri Peskov, Ukraynanın təqdim etdiyi və Davosda müzakirə edilən sülh planının nəticə verməyəcəyini ifadə edərək deyib: "Əlbəttə, bizim iştirakımız olmadan hər cür məsləhətləşmələr keçirilə bilər, lakin hər hansı bir nəticə əldə etmək imkanı yoxdur".

Sitat.info xəbər verir ki, Peskov dünən Davosda müzakirə olunacaq Ukraynanın Rusiya ilə müharibəsinə son qoymaq üçün Kiyevin şərtlərini ortaya qoyan 10 maddəlik sülh planı ilə bağlı jurnalistlərə açıqlamalar verib.

Rusiyanın bu cür məsləhətləşmələrə yanaşmasının daha əvvəl dəfələrlə dilə gətirildiyinə diqqət çəkən Peskov: "Bu proseslərin konkret bir nəticə əldə etməyi hədəfləməməsinin açıq səbəbi var; biz iştirak etmirik. Bizim (Rusiya) iştirakımız olmadan heç bir danışıqlar aparıla bilməz. Aparılsa belə hər hansı bir nəticə əldə etmək İmkanı yoxdur".

Kənan

Sitat.info



Xəbər xətti