Rusiyanın strateji təyyarəsi vuruldu! Ukrayna elan etdi: "A-50 məhv edildi"

18:30 15 Yanvar 2024

Ukrayna ordusunun baş komandanı Valeri Zalujnı mətbuata açıqlamasında Rusiyaya məxsus A-50 uzaqmənzilli radar aşkarlama və “İL-22” tipli komanda-nəzarət təyyarəsinin məhv edildiyini təsdiqləyıb. 

Sitat.info xəbər verir ki, o, Rusiya üçün strateji əhəmiyyət kəsb edən A-50 rus təyyarələrinin əsas hədəflər olduğunu deyib.

Fevralın 23-də İngiltərə Müdafiə Nazirliyi, Rusiyanın 6 ədəd A-50-yə sahib olduğunu açlqlayır. Bu təyyarələrin istehsalı yüz milyonlarla dollara başa gəlir.

Hücumla bağlı Rusiya rəsmilərindən hələlik heç bir açıqlama verilməyib, lakin hərbi analitiklər A-50-nin itirilməsinin Hərbi Hava Qüvvələri üçün böyük zərbə olacağını bildirirlər. Məşhur hərbi kanal olan Rybar yazıb ki, Ukraynanın məlumatı təsdiqlənərsə, bu, Rusiya Hərbi Hava Qüvvələri üçün daha bir qaranlıq gün olacaq.

Hərbi ekspertlər bunun Rusiya ordusu üçün utanc verici itki olduğunu bildirib.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner Ukraynanın son vaxtlar Rusiya qüvvələrinə qarşı əhəmiyyətli irəliləyiş əldə etməkdə çətinlik çəkdiyinə diqqət çəkərək, bunun bir az yaxşı xəbər olduğunu deyib. 

Nərgiz,

Sitat.info



Xəbər xətti