HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin Qəzza zolağına havadan və qurudan təşkil etdiyi hücumlarda israilli əsirlər Yossi Şərabi və İtay Svirskinin öldürüldüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadaları tərəfindən Telegram hesabında paylaşılan videoda danışan 26 yaşlı israilli əsir Noa Arqamani, 53 yaşlı əsir Şərabi və 38 yaşlı Svirskinin İsrailin Qəzzaya hava zərbələri nəticəsində öldüyünü bildirib.
Arqamani, Şərabi və Svirskinin yerləşdiyi binanın İsrailə məxsus F16 döyüş təyyarəsi tərəfindən hədəf alındığını və dağıntılar altında qaldıqlarını, Qassam Briqadaları tərəfindən dağıntılar altından xilas edildiyini, lakin yaralı olaraq tapılan Şərabinin xilas ola bilmədiyini ifadə edib.
Seymur Bənnayev
Sitat.info