Fələstinlilər 1948-ci ildən bəri ən böyük miqrasiyanı yaşayır

23:41 15 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA), İsrailin hücumlarını davam etdirdiyi blokada altındakı Qəzza zolağında fələstinlilərin 1948-ci ildən bəri ən böyük köçkünlüyünü yaşadıqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, UNRWA-nın X sosial media hesabında İsrailin Qəzza zolağına hücumlarının yaratdığı dağıntıları əks etdirən “100 gün 100 saniyə” başlıqlı şəkil paylaşılıb.

Görüntülərdə İsrailin hava zərbələri, dağılmış binalar, məktəblərə və müvəqqəti çadırlara sığınaraq evlərini tərk etmək məcburiyyətində qalan ailə və uşaqları, çətin həyat şəraitini əks etdirən kadrlar yer alıb.

Kənan

Sitat.info



Xəbər xətti