İsrailin Qəzzaya hücumlarının 101-ci günündə Fələstinin baş naziri Məhəmməd Ştiyye Beynəlxalq Ədalət Məhkəməsindən (BƏM) müharibəni mümkün qədər tez dayandırmaq üçün təcili qərar qəbul etməsini istəyib.
Sitat.info xəbər verir ki, Ramallahda keçirilən həftəlik Nazirlər Şurasının iclasındakı çıxışında Ştiyye İsrailin saxladığı fələstinli məhbuslar və BƏM-də İsrailə qarşı davam edən "soyqırım" işi ilə bağlı qiymətləndirmələr edib.
Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edən Ştiyye Komitədən İsrailin Qəzzada saxladığı fələstinlilərin yerini və taleyini öyrənmək üçün Təl-Əvivə təzyiq göstərməsini istəyib.
Kənan
Sitat.info