Zelenski bu ölkədə dəhşətli qarşıdurma yaradacaq - Soskin

09:45 16 Yanvar 2024

Ukrayna Prezidenti Vladimir Zelenskinin İsveçrəyə səfəri münaqişəyə səbəb olacaq.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib.

"Aydındır ki, bu, oradakı siyasi cəmiyyətdə dəhşətli qarşıdurma yaradacaq, çünki İsveçrə Avstriyadan da neytral ölkədir", - Soskin bildirib.

Ekspertin fikrincə, Rusiya rəhbərliyinin yüksək rütbəli nümayəndələri olmadan Davosda diplomatik təmaslar mümkün deyil.

Qeyd edək ki, V.Zelenski İsveçrədə işgüzar səfərdədir.



Xəbər xətti