Nikol Paşinyanın Azərbaycanla silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamaq təklifinin reallaşması, hesab edirəm ki, bu, mümkün deyil.
Sitat.info xəbər verir ki, bu sözləri erməni akademik Ruben Safrastyan deyib.
O bildirib ki, sadə bir həqiqəti başa düşməliyik - güc və zəiflik:
“Azərbaycan güclü, Ermənistan zəif tərəfdir. Bu reallıqdır. Bu yaxınlarda mötəbər mərkəzlərdən birinin müxtəlif ölkələrin silahlı qüvvələrinin reytinqi ilə bağlı təhlilləri dərc olunub. Bu reytinqdə 145 ölkə arasında Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdədir. Yəni Ermənistan silahlı qüvvələri Azərbaycandan 2 dəfə geri qalır və bu, 2024-cü ilin məlumatıdır. Bu reallıqdır. Buna əsaslanaraq ilk növbədə böyük müharibədən qaçmaq lazımdır. Çünki vəziyyət düşündüyümüzdən də mürəkkəbdir”, - o bildirib.