Şahin Bağırov onlara yüksək vəzifə verdi

14:15 16 Yanvar 2024

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Komitə sədrinin digər əmri ilə, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, müvafiq əmrlə DGK sədrinə iki yeni müşavir də təyin olunub.

Bu vəzifəyə təyin olunanlar Əsgər Nurməmməd oğlu Məmmədov və Anar Fazil oğlu Bayramovdur.

Ə.Məmmədov bundan əvvəl Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi olub.

DGK-nin Katibliyinin rəisi vəzifəsinə isə Elvin Əli oğlu Məmmədov gətirilib.



Xəbər xətti