ABŞ hərbçiləri Somali sahilləri yaxınlığında husilərə göndərilən gəmidə İran istehsalı raket başlıqları ələ keçirib.
Sitat.info xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Nəşr ABŞ hərbçilərinin sənədləri olmayan gəmidə axtarış apardığını yazıb. Axtarış zamanı gəmidə olan 12 nəfər həbs edilib. Daha sonra gəmi ABŞ hərbçiləri tərəfindən batırılıb.
Axtarış zamanı iki amerikalı əsgər dənizə düşüb. Onların axtarışları hələ də davam edir.