Ukraynanın xarici işlər naziri Dmitri Kuleba rusiyalı həmkarı Sergey Lavrovun üzünə necə zərbə endirmək istədiyini deyib.
Sitat.info xəbər verir ki, Ukrayna XİN rəhbəri müsahibəsində qeyd edib ki, bu, işğalçı ölkənin Ukraynaya tammiqyaslı müdaxiləsindən az sonra Rusiya Federasiyasının Xarici İşlər Naziri ilə danışıqlar zamanı baş verib.
"Ən çətin danışıqlar elə danışıqlardır ki, istəyirsən, ayağa qalxıb həmsöhbətin üzünə vurasan, çünki sən buna dözə bilmirsən. Mən də bunu 2-3 dəfə hiss etmişəm. Onlardan biri Lavrovla Antalyada olub. 2022-ci ilin yazında...”, - deyə nazir bildirib.
Kuleba Türkiyədəki danışıqları çətin adlandırıb və bildirib ki, iştirakçılar atəşkəs və humanitar dəhlizlərin təşkilini müzakirə ediblər.
Bu arada Ukrayna XİN rəhbərinin bəyanatına Kremlin reaksiyası gecikməyib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Kiyev rejiminin nümayəndələrində çatışmazlıqların olduğu hamıya məlum olan faktdır.
"Əslində problem budur - cahil aqressiv insanlar nazir adı altında Amerikanın pulu uğrunda Ukraynanı xarabalığa çevirmək üçün işə cəlb olunublar", - Zaxarova bildirib.
Məğrur,
Sitat.info