İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sədri Məsud Bərzani SEPAH-ın Ərbilə qarşı ballistik raket hücumlarına sərt reaksiya göstərib, daha bu haqsızlıq və zülmə qarşı səssiz qala bilməyəcəklərini deyib.
Sitat.info xəbər verir ki, KDP lideri Bərzani dünən gecə İranın həyata keçirdiyi hücumlarla bağlı açıqlama verib.
“Ərbil 2020-ci ildən bəri on dəfələrlə İran İnqilab Keşikçiləri Ordusu tərəfidən raket və PUA hücumlarına məruz qalıb" - deyən Bərzani, bu hücumların Kürdüstan xalqına qarşı “açıq-aşkar zülm” olduğunu qeyd edib.
Bərzani bu hücumları təşkil edənlərin "öz problemlərini ört-basdır etmək istədiklərini" bildirib: "Ərbilə hücumları təşkil edənlər və bu cinayətin arxasında duranlar iddialarının heç bir əsasının olmadığını çox gözəl bilirlər".
KDP lideri bu hücumun cinayət olduğunu və günahsız bir ailənin kütləvi şəkildə qətlə yetirildiyini vurğulayıb: "Bizimsəbrimizin həddi var. Bu hücum cəsarət göstəriciisi eyil. Mənim burada sözüm İran xalqınadır. Mən İran xalqına həmişə hörmət etmişəm. Biz həmişə dostluq və qardaşlıq əlini uzatmışıq. Sizi əmin edə bilərəm ki, Ərbilə və Kürdüstan bölgəsi xalqına qarşı törətdikləri cinayətlər üçün irəli sürdükləri bəhanələrin heç bir əsası yoxdur.Bu iddialar reallıqdan uzaqdır. Hücum edənlər icazə verirsə, gəlib Ərbildəki faktları öz gözlərinizlə görün.
Onlar zülmlərini əbədi davam etdirə bilməzlər. Biz artıq bu haqsızlığa, zülmə səssiz qala bilmərik. Raket və PUA hücumları həyata keçirən iranlı hücumçulara da bunu deyirəm: Qadınlarımızı, uşaqlarımızı və mülki vətəndaşlarımızı şəhid etməkdə qürurlanacaq bir şey yoxdur. Bizi öldürə bilərsiniz, amma əmin olun, iradəmizi qıra bilməzsiniz."
KRG Təhlükəsizlik Şurası dünən gecə İran İnqilab Keşikçiləri Ordusunun Ərbildə bir çox mülki yaşayış məntəqəsinə çoxlu ballistik raketlərlə həyata keçirdiyi hücumlarda 4 mülki şəxsin həlak olduğunu, 6 nəfərin yaralandığını bildirib.
Ayna,
Sitat.info