Qəzzanın şimalında toqquşmalar yenidən başlayıb

18:37 16 Yanvar 2024

İsrail qüvvələri Qəzza zolağının şimalında geri çəkildikləri ərazilərə yenidən daxil olaraq Fələstin müqavimət qrupları ilə toqquşmaya başlayıb.

Sitat.info xəbər verir ki, İsrail qüvvələri Qəzza zolağının şimalında, Cibaliya, Beyt Hanun, Beyt Lahiya və Qəzza şəhərlərində əvvəllər geri çəkildikləri bəzi ərazilərə yenidən daxil olublar.

Qəzza şəhərinin Şucaiyyə, əl-Tuffah məhəllələri və Sənafur bölgəsində, Cibaliyanın Cəbəl-Rəys, Beyt Hanun əl-Sikkə və Beyt-Ləhiyyənin Um ən-Nəsr kəndində İsrail qüvvələri ilə Fələstin müqavimət qrupları arasında toqquşmalar yenidən başlayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti