Türkiyənin yerli pilotsuz döyüş təyyarəsi "ANKA-3" almanları təəccübləndirib. "Frankfurter Allgemeine" qəzeti Türkiyənin Qərbin silah ixracı qadağalarının təsiri altında Türkiyənin pilotsuz uçuş aparatı gücünə çevrildiyini yazıb.
Sitat.info xəbər verir ki, 2 həftə əvvəl ilk uçuşunu həyata keçirən Türkiyənin pilotsuz döyüş təyyarəsi ANKA-3 almanları təəccübləndirib.
Almaniyanın “Frankfurter Allgemeine” qəzeti “Türkiyə pilotsuz uçuş aparatlarına güvənir” başlığı ilə təəccüblü təhlil xəbəri dərc edib.
Qəzet: “Türkiyə Qərbin silah ixracı qadağalarının təsiri altında pilotsuz uçan aparatı gücünə çevrilib”, - yazıb.
Xəbərdə prezident Ərdoğanın "ANKA-3" yazısı diqqət çəkib və Türkiyəyə qarşı qoyulan qadağaların nəticə vermədiyi vurğulanıb.
Seymur Bənnayev
Sitat.info