İordaniya: İsrail yardımların Qəzzaya çatdırılmasına mane olur

19:52 16 Yanvar 2024

İordaniya xarici işlər naziri Ayman əs-Safədi İsrailin yardımların Qəzzaya çatdırılmasının qarşısını aldığını və bölgəyə daxil olan yardımın real ehtiyacın yüzdə 10-unu keçmədiyini bildirib.

Sitat.info xəbər verir ki, Nazir Safədi, rəsmi təmaslar üçün İordaniyaya gələn Avstraliya xarici işlər naziri Penny Wong ilə paytaxt Əmmanda ortaq mətbuat konfransı keçirdi.

Safədi İsrailin hücumlarının dayandırılmadığı üçün hər gün fələstinli qadın, uşaq və kişilərin öldüyünə diqqət çəkib.

Kənan

Sitat.info



Xəbər xətti