Lerik rayonunun Orand kənd sakini Rəhimov Sakit Əbdüləli oğlu zəlzələdən sonra özünə məxsus fərdi yaşayış evinin zərər gördüyünü və ailəsinin təhlükəsizliyindən narahat olduğunu deyib.
Zərərçəkən probleminin işıqlandırılması üçün sitat.info-ya müraciət edib və qəzalı evin görüntülərini yollayıb.
Sakit Rəhimov bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Geoloji Kəşfiyyat Agentliyinə müraciət edib. 19 aprel 2023-cü il tarixində Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə vizual hidrogeoloji və mühəndisi-geoloji araşdırmalar aparılmış və müvafiq arayışlar hazırlanmışdır.
Ailə üzvləri prezidentə, yardımsevər insanlara müraciət ünvanlayaraq problemin həll olunmasına dəstək göstərmələrini xahiş ediblər.
Məğrur
Sitat.info