Qətər: Qəzzaya hücumlar bitənə qədər Qırmızı dənizdəki gərginliyin həlli yoxdur

22:03 16 Yanvar 2024

Qətər Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin Qəzza zolağına hücumlarına son qoyulmadan Qırmızı dənizdəki gərginlik aradan qaldırıla bilməz.

Sitat.info xəbər verir ki, Qətər xarici işlər nazirinin sözçüsü Məcid əl-Ənsari Dohada keçirdiyi mətbuat konfransında deyib: “Qırmızı dənizdə gərginliyin artması Qəzza zolağındakı gərginliyin bir hissəsidir və Qəzzada müharibənin bitməsinə məhəl qoymasaq, bu gərginlik qalmaqda davam edəcək".

Qəzzədəki müharibənin regional əks-səda doğuracağına dair xəbərdarlıq edən Ənsari, hücumlar bitdikdə bölgədəki gərginliyin sona çatacağını vurğulayıb.

Kənan

Sitat.info



Xəbər xətti