Somalidə intiharçı hücumu nəticəsində azı 3 nəfər ölüb

22:10 16 Yanvar 2024

Somalinin paytaxtı Moqadişoda intiharçı hücumu nəticəsində ən azı 3 nəfər həyatını itirib.

Sitat.info xəbər verir ki, Somali Milli Televiziyasının (SNTV) məlumatına görə, paytaxtın Hamarveyn rayonundakı kafedə kamikadze geyinmiş şəxs bombanı işə salıb.

Partlayış nəticəsində ən azı 3 nəfər hadisə yerində ölüb.

Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Kənan

Sitat.info



Xəbər xətti