İsrail ordusunun Qəzzada daha bir jurnalisti öldürdüyü və oktyabrın 7-dən bəri davam edən hücumlarda həyatını itirən mətbuat mənsublarının sayının 118-ə yüksəldiyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamaya görə, Əl-Gad Televiziyasının fotomüxbiri Yezen əz-Zuveydi İsrailin hücumu nəticəsində həyatını itirib.
Açıqlamaya görə, oktyabrın 7-dən İsrailin Qəzza zolağına etdiyi hücumlarda həlak olan jurnalistlərin sayı 118-ə yüksəlib.
Züveydinin harada və necə öldürüldüyü barədə məlumat paylaşılmayıb.
Kənan
Sitat.info