ABŞ Cənubi Qafqazda dinc, demokratik və firavan gələcək qurmaqda sadiqdir.
SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı diplomatik təmaslarını fəallaşdırmağa, münaqişənin və ya onun nəticələrinin hərtərəfli həlli yollarını tapmaq üçün mövcud birbaşa əlaqə mexanizmlərindən istifadə etməyə və hərtərəfli sülh sazişi əldə etməklə münasibətləri normallaşdırmağa çağırıb.
“Birləşmiş Ştatlar bu təşəbbüslərdə, Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”, - bildirilib.