Tanınmış jurnalist Səbuhi Məmmədli müalicə aldığı xəstəxanada vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə onun həmkarları məlumat yayıb.
Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alırdı. Bir neçə gündür Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmiş, süni tənəffüs aparatına qoşulmuşdu.
S.Məmmədli daha əvvəl hər iki ayağın amputasiyası əməliyyatı keçirmişdi.
Allah rəhmət eləsin!