Bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Sitat.info-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Azər Səricanovun vəkili müvəkilinin həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçəkmiş şəxsin prosesə dəvət olunması ilə bağlı vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.
Daha sonra prokuror Orxan Kəngərli prosesin məhkəmə baxışına verilməsini təklif edib. Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verildiyini açıqlayıb. Məhkəmənin ilk baxış iclası yanvarın 22-nə təyin edilib.