İsrailin Qəzzaya hücumlarında can itkisi 24 min 448-ə yüksəlib

14:20 17 Yanvar 2024

Oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayı 24 min 448-ə, yaralıların sayı isə 61 min 504-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, son 24 saatda İsrailin hücumları nəticəsində 163 nəfər ölüb, 305 nəfər yaralanıb.

Açıqlamada, hücumların törətdiyi dağıntılara görə hələ də çox sayda insanın dağıntılar altında qaldığı, mülki müdafiə və təcili tibbi yardım qruplarının onlara çatmaqda çətinlik çəkdiyi qeyd edilib.

Kənan

Sitat.info



Xəbər xətti