Pakistanın yüksək rütbəli kəşfiyyat mənbələri bildiriblər ki, İranın ötən gecə Bəlucistan əyalətinə hücumuna cavab olaraq bütün variantlar masadadır.
Sitat.info xəbər verir ki, Pakistan kəşfiyyat mənbələri, AA müxbirinə verdikləri açıqlamada, İranın dünən gecə sərhəddəki Pəncqur qəsəbəsində "Ceyşul Adl adlı silahlı qrupa" qarşı hücum təşkil etdiyini iddia etdiyini, lakin Tehranın günahsız uşaqlara hücum etdiyini iddia edib.
Mənbələr Pakistanın İranın hücumuna tələsik reaksiya vermədiyinə, lakin 2019-cu ilin fevralında Balakotda Hindistana verilən cavaba istinad edərək İslamabadın “cavab verməkdə” məharətli olduğunu qeyd edib.
Seymur Bənnayev
Sitat.info