7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 6 mini keçib.
Sitat.info xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Heyət tərəfindən edilən ortaq yazılı açıqlamada, İsrailin Qəzzaya hücumuna başladığı 7 oktyabrdan bu yana İordan çayının qərb sahilində həyata keçirilən həbslər barədə məlumat verilib.
Açıqlamaya görə, İsrail qüvvələri dünən gecədən bəri aralarında uşaqların da olduğu ən azı 45 fələstinlini nəzarətə götürüb, oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində nəzarətə alınanların sayı 6025-ə yüksəlib.
Kənan
Sitat.info