Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki Tulkərim şəhərində təcili yardım maşınına atəş açması nəticəsində 2 əməkdaşının yaralandığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin səhiyyə işçilərini hədəf alan hücumu ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, Tülkərim Qaçqınlar Düşərgəsində havadan təcili yardımın hədəf alındığı və hücumda 2 Qızıl Aypara əməkdaşının yaralandığı bildirilib.
Seymur Bənnayev
Sitat.info