BMT rəsmisi: İsrailin Qəzzaya hücumları nəticəsində yaranan humanitar vəziyyət şok edicidir

21:53 17 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) komissarı general Filip Lazzarini İsrailin 3,5 aydır davam edən hücumları nəticəsində Qəzzada humanitar vəziyyətin pisləşməsindən sarsıldığını bildirib.

Sitat.info xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən bəri Qəzzaya dördüncü səfərindən sonra Lazzarini bölgədəki humanitar vəziyyətlə bağlı jurnalistlərə qiymət verib.

İsrailin təhlükəsiz bölgə elan etdiyi və sonra da bombaladığı Qəzzanın cənubunda bir çoxunun çadır düşərgələrində məskunlaşan köçkünlərin əhval-ruhiyyəsi və vəziyyətindən sarsıldığını vurğulayan Lazzarini, humanitar vəziyyətin getdikcə pisləşdiyini müşahidə etdiyini söyləyib.

Kənan

Sitat.info



Xəbər xətti