Deputat: “Əlillik dərəcəsi alandan sonra qaziləri işlə təmin etmək mümkün olmur”

10:40 18 Yanvar 2024

“Qazilərdən, şəhid ailələrindən işlə təmin olunmaq üçün müraciətlər alırıq”.

Sitat.info  xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Rauf Əliyev deyib.

Deputat bildirib ki, qazilər əlillik dərəcəsi almaq üçün də müraciət edirlər:

“Biz DOST mərkəzləri vasitəsilə onların əlillik almalarına kömək edirik. Əlillik dərəcəsi alandan sonra isə onları işlə təmin etmək olmur. Bununla bağlı ümumi mərkəz yaradılsa, yaxşı olar”. /APA



Xəbər xətti