50 ölkə Ukraynaya artilleriya tədarük etmək üçün “artilleriya koalisiyasında” birləşib.
Sitat.info xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu Ukrayna müdafiə naziri Rüstəm Umerova onlayn görüşdə məlumat verib.
“Məqsəd Ukrayna Silahlı Qüvvələrini qısa müddətdə bu əsas müdafiə seqmentində silahlarla təmin etməkdir”,- məlumatda qeyd olunub.
Qeyd edək ki, Ukrayna müdafiə naziri Rüstəm Umerov yanvarın 18-də Fransaya nəzərdə tutulan səfərini təhlükəsizlik səbəbindən təxirə salmışdı. Umerov görüşə videobağlantı vasitəsilə qatılıb.